
Bakı. Trend:
Biz qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə
artırmaq üçün hərbi sənaye kompleksimizi gücləndiririk.
Trend xəbər verir ki,
bunu ABŞ-nin müdafiə katibi Pit Heqset Sinqapurda keçirilən
beynəlxalq təhlükəsizlik konfransında deyib.
Pentaqon rəhbəri bildirib ki, bunun üçün yeni zavodlar
tikiləcək.
Pit Heqset İrana qarşı döyüş əməliyyatlarını tam şəkildə yenidən
başlatmaq üçün güclü arsenala sahib olduqlarını da bəyan edib.
“Silah ehtiyatlarımız kifayət qədərdir. Biz hərbi sursatları
balanslı şəkildə tətbiq edirik”, – deyə ABŞ müdafiə katibi
bildirib.

