Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna iri gövdəli ağac aşıb

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava
şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.

Trend xəbər verir ki,
müraciətdə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı
kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət
hissəsinə aşdığı bildirilib.




Qeyd olunub ki, əraziyə cəlb olunan YPX Alayının əməkdaşları
tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin
nizamlanması təmin edilir.

“Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan
yağışlı hava şəraitini nəzərə alaraq sürücülərdən ehtiyatlı olmağı,
nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq
saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir”,
– müraciətdə bildirilib.