Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu

Baş səhifə

Bakı.Trend:

Avstriyanın Vyana-Neystadt şəhər məhkəməsi Vyanada ABŞ pop
ulduzu Teylor Sviftin konsertində terror aktı törətməyi
planlaşdıran 21 yaşlı Avstriya vətəndaşı Beren A.-nı 15 il
müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Trend
xarici mediaya istinadən xəbər verir.




İttiham aktına görə, o, Vyananın Ernst Happel stadionunda
keçiriləcək konsertə gələn tamaşaçılara hücum cəhdi ilə yanaşı,
İŞİD terror qruplaşmasının yerli şəbəkəsini yaratmaqda və qəsdən
adam öldürmə planında da təqsirli bilinib.

Məhkəmə prosesi zamanı Beren A. 2023-cü ildə qoşulduğu İŞİD-dən
necə göstərişlər aldığını və partlayıcı qurğu hazırlamaq üçün
etdiyi uğursuz cəhdləri etiraf edib.