Bakı.Trend:
Astana şəhərinə (Qazaxıstan) Ali Avrasiya İqtisadi Şurasının
növbəti iclası keçirilir.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Şuranın iclasında Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus
Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Ermənistan
Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan iştirak
edirlər.
İclasda həmçinin Avrasiya İqtisadi Komissiyasının sədri Bakıtjan
Saqintayev də yer alır.
Yüksək səviyyəli qonaqları Müstəqillik Sarayında Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Qeyd edək ki, Qazaxıstan bu il Avrasiya İqtisadi İttifaqı (Aİİ)
orqanlarına — Avrasiya İqtisadi Komissiyası Şurasına, Avrasiya
Hökumətlərarası Şurasına və Ali Avrasiya İqtisadi Şurasına sədrlik
edir.

