Qazaxıstan və Çin limitsiz mübadiləyə keçir

Baş səhifə

Bakı.Trend:

Qazaxıstan və Çin avtomobil daşımaları üçün icazələrin limitsiz
mübadiləsinə keçəcək.

Bu barədə Trend
Qazaxıstan mediasına istinadən xəbər verir.

Pekində Çin-Qazaxıstan Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə
Komitəsinin iclası keçirilib və tərəflər nəqliyyat əməkdaşlığının
inkişafını müzakirə ediblər.

Görüş iştirakçıları marşrut şəbəkəsinin genişləndirilməsi,
infrastrukturun inkişafı və daşıyıcılar üçün icazələrin verilməsi
sisteminin sadələşdirilməsi məsələlərini nəzərdən keçiriblər.




Danışıqların yekununda Qazaxıstan və Çin ilin sonunadək kvotalar
tətbiq olunmadan avtomobil daşımaları üçün icazələrin limitsiz
mübadiləsinə keçmək barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər “Nur Jolu” sərhəd-keçid məntəqəsinin
buraxılış qabiliyyətinin artırılmasını və ödənişli yollarda
ödənişlərin “WeChat Pay” sistemi vasitəsilə həyata keçirilməsi
imkanını müzakirə ediblər.