İranın siyasəti əməkdaşlığın genişləndirilməsindən ibarətdir – Pezeşkian

Baş səhifə

Bakı.Trend:

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz
Şərif və Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon
danışığı aparılıb.

Trend xəbər
verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın rəsmi “X”
səhifəsində paylaşım edilib.




“Malayziya və Pakistanın baş nazirləri ilə Qurban bayramı
münasibətilə təbrikləşdiyimiz söhbət zamanı İranın diplomatiyaya
sadiqliyini vurğulayaraq, Malayziyanın humanist mövqeyinə, həmçinin
Pakistanın razılaşmanın əldə olunması istiqamətində təşəbbüskar və
effektiv səylərinə görə minnətdarlığımı bildirdim”, – deyə o,
paylaşımda qeyd edib.

Pezeşkianın sözlərinə görə, İranın siyasəti müsəlman və qonşu
ölkələrlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsindən
ibarətdir.