Beyləqanda 6 otaqlı ev yanaraq külə dönüb

Baş səhifə

Beyləqan. Trend:

Beyləqanda fərdi yaşayış evində baş verən yanğın zamanı 6 otaqlı
ev tamamilə yanıb.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə
alınıb. Kənd sakini Bəhmən Kərimova məxsus yaşayış evində başlayan
yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev
əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə
düşüb.

Hadisə yerinə FHN-in Beyləqan Rayon Yanğından Mühafizə
Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər
tərəfindən söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin
qarşısı alınıb.




Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon
Yanğınsöndürmə bölməsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.