Türkiyə sahilləri yaxınlığında üç tanker PUA hücumuna məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Syerra-Leone və Palau bayraqları altında üzən üç tanker
Türkiyənin şimal sahilləri yaxınlığında pilotsuz uçuş aparatlarının
(PUA) hücumuna məruz qalıb.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi Türkiyənin “Tribeca”
gəmiçilik agentliyinə istinadən məlumat yayıb.




Məlumata əsasən, Palau bayrağı altında üzən James II gəmisinə
hücum Türkiyənin Sinop vilayətinin Türkəli rayonu yaxınlığından
təxminən 80 km şimalda baş verib. Syerra-Leone bayrağı altında
qeydiyyatdan keçmiş Altura və Velora tankerinin isə ehtimal ki,
qonşu ərazidə рейдовая перевалка zamanı hücuma məruz qaldığı
bildirilir.

Hadisə yerinə xilasedici katerlər göndərilib. Bütün gəmilərin
heyət üzvlərinin təhlükəsiz yerdə olduğunu qeyd olunub.