
Bakı. Trend:
“Atalanta”nın hücumçusu Canluka Skamakka A Seriyasında klubunu
dəyişəməyə yaxındır.
Trend xarici mediaya
istinadənxəbər verir ki, “Roma” italiyalı forvardı transfer etmək
istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Paytaxt klubu 27 yaşlı futbolçu ilə 5 illik müqavilənin
şərtlərini razılaşdırıb. Klublar arasında müzakirələr davam
edir.
Qeyd edək ki, “Atalanta” Canluka Skamakkanı 2023-cü ilin yayında “Vest Hem”dən 28 milyon avroya transfer edib. İtaliya millisinin
üzvü 2025/2026 mövsümündə Berqamo təmsilçisinin heyətində meydana
çıxdığı 38 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda
qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

