Rusiya Azərbaycandan elektrik enerjisi ixracını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 32,068
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,589 milyon ABŞ
dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı
göstərici ilə müqayisədə həcm ifadəsində 5,4 milyon kVt/saat və ya
20,4%, dəyər ifadəsi ilə isə 522 min ABŞ dolları, yaxud 48,9%
artıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan Rusiyadan 722
min ABŞ dolları dəyərində, 18,568 milyon kVt/saat həcmində elektrik
enerjisi idxal edib.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 43 min ABŞ dolları və ya 6,3% çox, həcm ifadəsində isə
327 min kVt/saat və ya 14,2% azdır.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098
milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 19,3 milyon
ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon
kVt/saat və yaxud 4,5 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk üç ayında Azərbaycan sözügedən
ölkələrdən 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon
kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 421 min ABŞ
dolları və ya 45,1%, həcm ifadəsində isə 2,4 milyon kVt/saat və ya
8,1% çoxdur.