Roma Papası süni intellekt barədə bəşəriyyəti xəbərdar edib

Baş səhifə

Bakı. Trend:

Roma Papası XIV Leonun süni intellekt mövzusunda ensiklikası
dərc olunub. “Magnifica humanitas – süni intellekt dövründə insanın
şəxsiyyətinin qorunması” adlı altında Vatikanın rəsmi saytında dərc
olunan sənəd süni intellektin təhlükələri barədə xəbərdar edir.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

“Bütün əzəməti ilə Tanrı tərəfindən yaradılmış bəşəriyyət bu gün
həlledici seçim qarşısındadır: ya yeni Babil qülləsi inşa edəcək,
ya da Tanrı ilə bəşəriyyətin birlikdə yaşayacağı bir şəhər
quracaq”,-deyə ensiklikanın əvvəlində deyilir.




Roma Papası öz müraciətində bildirir ki, süni intellekt mahiyyət
etibarilə şər deyil və bəşəriyyətə düşmən qüvvə hesab oluna bilməz.
Bununla yanaşı, o vurğulayır ki, texnologiya neytral olmur, çünki
onu hazırlayan, maliyyələşdirən, tənzimləyən və istifadə edənlərin
xüsusiyyətlərini özündə əks etdirir.

Papa təkid edir ki, süni intellekt texnologiyalarının azsaylı
insanların əlində cəmləşməsinə yol vermək olmaz. Onun sözlərinə
görə, bu, rəqəmsal inqilaba qoşulanlarla ondan kənarda qalanlar
arasında uçurumu daha da dərinləşdirəcək. Texnologiyaların
istifadəsi ictimai nəzarət altında olmalıdır ki, əsas prinsip
yalnız mənfəət deyil, hər bir insanın ləyaqəti və bütün insanların
ümumi rifahı olsun.