Misli Premyer Liqasının 2025/26 mövsümündə 500-cü qol vurulub

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının 2025/26 mövsümündə 500-cü qol
vurulub.

Trend PFL-ə istinadən xəbər verir ki, yubiley XXXIII turun
“Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib. Rüstəm
Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı
195-ci qarşılaşmaya təsadüf edib. Ölkə çempionatları tarixində
yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra
qeydə alınıb.




Sonuncu dəfə 2004/05 mövsümündə belə hadisə yaşanıb. Sonrakı
turnirlərdə qol sayı 500-dən aşağı olub. Qeyd edək ki, 2004/05
mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə
1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.