Bakı. Trend:
ABŞ Yaponiyaya yüzlərlə “Tomahawk” qanadlı raketinin
çatdırılmasını qeyri-müəyyən müddətə dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə “The Financial Times” qəzeti mənbələrə
istinadən xəbər verib.
Məlumata əsasən, buna səbəb İrana qarşı hərbi əməliyyatlar
nəticəsində yaranan Amerika silahlı qüvvələrində bu raketlərin
kəskin çatışmazlığıdır.
Mənbələr bildirib ki, ABŞ-nin müdafiə naziri Pit Heqset may
ayının əvvəlində Yaponiyanın müdafiə naziri Şinjiro Koiduzmini
telefon danışığı zamanı təchizatın dayandırılması barədə
məlumatlandırıb.

