Bakı. Trend:
Mərakeşin Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində
ölənlərin sayı 14 nəfərə çatıb.
Trend-in
məlumatına görə, bu barədə “Hespress” şəhərin tibb rəsmilərinə
istinadla məlumat yayıb.
Məlumata görə, daha altı nəfər yaralanıb. Yaralılardan
bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl Fesin tarixi məhəlləsində yaşayış
binasının uçması nəticəsində doqquz nəfərin öldüyü
bildirilmişdi.
Mərakeş Milli, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin
sözçüsü Ədib Benibrahim bildirib ki, bina qanunsuz tikinti
səbəbindən çöküb.

