Çin və Rusiya daha ədalətli qlobal idarəetmə sistemi qurmalıdırlar – Si Cinpin

Baş səhifə

Bakı. Trend:

Çin və Rusiya, mühüm qlobal güclər olaraq, daha ədalətli qlobal
idarəetmə sistemi qurmalıdırlar.

Trend-in
məlumatına görə, bu barədə Çin sədri Si Cinpin Rusiya prezidenti
Vladimir Putinlə danışıqlar zamanı deyib.




“Hazırda xaoslu beynəlxalq vəziyyət şəraitində birtərəflilik və
hegemonluq artmaqdadır, lakin sülh, inkişaf və əməkdaşlıq arzusu
xalqların arzusu və dövrün ruhu olaraq qalır. BMT Təhlükəsizlik
Şurasının daimi üzvləri və böyük dünya gücləri olaraq, Çin və
Rusiya uzunmüddətli maraqlarını nəzərə alaraq, daha yüksək
keyfiyyətli hərtərəfli strateji koordinasiyanı təşviq etməklə milli
dirçəlişə nail olmalı və daha ədalətli və ağlabatan qlobal
idarəetmə sistemi qurmalıdırlar”, – deyə o bildirib.