
Bakı. Trend:
ABŞ Belçikaya ümumi dəyəri 236 milyon dollar olan “AGM-184 Joint
Strike Missiles” aviasiya raketləri və əlaqədar avadanlıqların
mümkün satışını təsdiqləyib.
Trend xəbər verir ki,
bu barədə ABŞ Dövlət Departamenti rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, ABŞ administrasiyası Belçika hökumətinə sözügedən
raket sistemləri və onlara aid avadanlıqların xarici hərbi satışına
icazə verilməsi barədə qərar qəbul edib.
Qeyd olunub ki, bu addım ABŞ və Belçikanın xarici siyasət və
milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək. Eyni zamanda,
Amerikanın “F-35” qırıcılarının imkanlarının artırılması hesabına
Belçikanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə potensialını
gücləndirəcək.
Məlumata əsasən, Belçika tərəfi bununla yanaşı, məxfi proqram
təminatı, ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən mühəndis,
texniki və logistika dəstəyi, eləcə də digər vacib komponentlərin
təmin olunmasını da istəyib.

