İranla razılaşma əsasən nüvə məsələlərinə aiddir – Tramp

Baş səhifə

Bakı. Trend:

İranla hazırlanan saziş əsasən nüvə məsələləri ilə bağlıdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.




“CNN-dəki saxta xəbərlərdə (…) həmişəki kimi deyilirdi ki,
İranla nüvə müqaviləsi heç də nüvə müqaviləsi deyil, baxmayaraq ki,
orada İranın nüvə silahına sahib olmayacağı açıq şəkildə
bildirilir. Bundan əlavə, saziş çərçivəsində nüvə məsələsinin digər
aspektlərini də ətraflı şəkildə əhatə olunub. Əslində, sazişin
böyük hissəsi buna həsr olunub”, – deyə o bildirib.