
Bakı.Trend:
İndoneziyanın şərqində İkinci Dünya müharibəsi dövrünə aid
olduğu iddia edilən bombanın partlaması nəticəsində beş nəfər həlak
olub, üç nəfər isə itkin düşüb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Qəzetin məlumatına görə, hadisə bazar günü günorta saatlarında
Papua əyalətinin Biak-Numfor dairəsində baş verib.
“Partlayışın İkinci Dünya müharibəsi dövründən qalmış bomba
səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma davam edir”,- deyə
yerli polis bildirib.
Mediaa yayılan məlumata görə, azı 19 nəfər xəsarət alıb.
Partlayış hadisə yerinin yaxınlığında yerləşən altı evi yerlə
yeksan edib. Şahidlərin ilkin ifadələrinə əsasən, hakimiyyət
orqanları bombanın yerli sakinlərin sursatı açmağa cəhd göstərdiyi
zaman partlamış ola biləcəyini ehtimal edir.

