Bakı. Trend:
ABŞ-nin Aydaho ştatındakı Mauntin-Houm Hərbi Hava Qüvvələri
bazasında iki hərbi təyyarə havada toqquşub.
Trend-in
məlumatına görə, bu barədə “Idaho Statesman” nəşri xəbər verib.
Məlumata əsasən, bazada keçirilən “Gunfighters Skies” hava şousu
zamanı “F/A-18F” qırıcı-bombardmançı təyyarəsinin bir variantı olan
iki “EA-18G” təyyarəsi havada toqquşub.
Qeyd edilib ki, diktor təyyarə heyətinin katapultasiya edə
bildiyini bildirib. Qəza yerinin ətrafındakı ərazidə qatı qara
tüstü görünürdü.

