MakQreqor UFC döyüşlərinə qayıtmağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Yüngül çəki kateqoriyasında keçmiş UFC (Mütləq Döyüş
Çempionatı-red) çempionu, irlandiyalı Konor MakQreqor yaxın zamanda
oktaqona qayıtmağa yaxındır.

Trend xəbər verir
ki, bu barədə “New York Post” yazır.

Qeyd olunur ki, peşəkar MMA döyüşçüsü 11 iyul tarixində UFC 329
(Las-Veqas şəhərində) turnirində Maks Holloueylə döyüş üçün UFC ilə
müqavilə bağlamağa hazırlaşır.




37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə
olunan, Afrika mənşəli bitkidən əldə edilən iboqain maddəsi ilə
müalicə kursu keçib. Makqreqor 36 saat preparatın təsiri altında
olub. İdmançı antidopinq qaydalarını pozduğuna görə ona 18 aylıq
diskvalifikasiya cəzası verilmişdi. Cəzanın müddəti 2026-cı ilin
martında başa çatıb.

37 yaşlı döyüşçünün son döyüşü UFC 264 turnirində amerikalı
Dastin Poryeyə qarşı olub . Görüş artıq birinci raundda başa çatıb
və döyüşün nəticəsində irlandiyalı idmançı ayağını sındırıb.