
Bakı. Trend:
Türkiyə Avstraliyanın Sidney şəhərində Hanuka bayramı qeyd
etmələri zamanı baş verən terror aktını qətiyyətlə pisləyir.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
açıqlamasında bildirib.
Nazirlik həlak olanların ailələrinə və bütün Avstraliya xalqına
başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
“Türkiyə terrorizmin bütün forma və təzahürlərinə qarşı
prinsipial mövqeyini və bu qlobal təhlükə ilə mübarizədə
əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyir”, – deyə Türkiyə XİN
qeyd edib.
Qeyd edək ki, Sidneyin Bondi-biç çimərliyində baş verən silahlı
hücum nəticəsində 12 nəfər həlak olub, iki polis əməkdaşı da daxil
olmaqla 29 nəfər yaralanıb.

