Azərbaycan Basketbol Liqasının XVI turunda “Quba” “Sərhədçi”ni məğlub edib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının XVI turunda Quba Sərhədçini məğlub edib

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün yeganə matçında “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə “Quba” 97:89 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib – 102:77.