
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp Ağ Evin keçmiş
mətbuat katibi Cen Psaki, həmçinin “MS Now” telekanalını böhtan
xarakterli məlumat yaydıqlarına görə məhkəməyə verməyə
hazırlaşır.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Psaki “MS Now” telekanalında yayımlanan verilişində Erikin şəxsi
kommersiya maraqlarına görə, bu yaxınlarda atasının Çinə rəsmi
səfərinə qoşulduğunu iddia edib.
“Mən Cen Psaki və “MS Now”a qarşı məhkəmədə iddia qaldırmaq
niyyətindəyəm … Mənim Çində heç bir kommersiya marağım yoxdur”,
-deyə Erik Tramp “X” sosial şəbəkəsində yazıb.
ABŞ liderinin oğlu vurğulayıb ki, o, məhz atasına dəstək olmaq
üçün Çinə gedib və Donald Trampın Çin Xalq Respublikasının Sədri Si
Cinpin ilə danışıqları zamanı həyat yoldaşı ilə birlikdə Böyük Çin
səddini ziyarət edib.
ABŞ lideri mayın 13-də Çinə gəlib, dövlət səfəri isə mayın 15-də
başa çatıb.

