Gümüşün qiyməti 90 dolları keçib

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bir hissəsi)
2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan gümüş füçerslərinin
dəyəri 10 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir troy
unsiyası üçün 90 dollardan yuxarı qalxıb.

Trend xəbər verir ki,
bu barədə birjanın təqdim etdiyi rəsmi göstəricilərdən məlum
olur.




Bakı vaxtı ilə saat 20:15-ə olan göstəricilərə görə, gümüşün
qiyməti 5.18% bahalaşaraq bir troy unsiyası üçün 90.025 dollar
təşkil edib. Saat 20:20-yə doğru artım tempi nisbətən yavaşlayıb və
qiymətli metalın bir unsiyası 89.78 dollar (+4.89%) səviyyəsində
ticarət olunub.

Bununla yanaşı, 2026-cı ilin iyun ayında “Comex”də tədarük
ediləcək qızıl füçerslərinin dəyərində də artım qeydə alınıb. Belə
ki, qızılın bir troy unsiyası 0.46% bahalaşaraq 4 708.4 dollara
bərabər olub.