Hücuma məruz qalmış BƏƏ tankerində yanacaq sızması qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Oman sularında İran PUA-nın hücumuna məruz qalmış Birləşmiş Ərəb
Əmirliklərinin neft şirkətinə məxsus “M.V.Barakah” tankerində
yanacaq sızması qeydə alınıb.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.




“ADNOC Logistics & Services şirkətinə məxsus “Barakah” gəmisi
mayın 4-də İran pilotsuz uçuş aparatlarının zərbəsinə məruz
qaldıqdan sonra Oman sahilləri yaxınlığında lövbərdə qalmaqda davam
edir. Təəssüf ki, insident nəticəsində bunker yanacağının cüzi
sızması qeydə alınıb”, – deyən şirkət nümayəndəsi telekanala
sızmanın ehtimal olunan həcmini açıqlamayıb.

Şirkətdən bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və
müvafiq dövlət qurumları və xüsusi operativ reaksiya qrupları ilə
sıx əməkdaşlıq şəraitində iş aparılır.