
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında
istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə
9,3% artıb.
Trend bu
barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Xatırladaq ki, bu ilin yanvar – mart aylarında Naxçıvan Muxtar
Respublikasında istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq
dövrünə nisbətən 9,5% təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə
5,6% artıb.
Bu ilin yanvar – mart aylarında ölkədə istehlak qiymətləri
indeksi isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7% təşkil
etmişdi.


