WUF platformasında şəhərlərlə bağlı konkret qərarlar qəbul ediləcək – İqor Qarafuliç

Baş səhifə

Bakı. Trend:

WUF platformasında şəhərlərimizin daha əlverişli və uyğun olması
üçün konkret qərarlar qəbul ediləcək.

Trend xəbər
verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı
tədbirdə çıxışında bildirib.




Onun sözlərinə görə, BMT də prosesə, inklüzivliyə böyük dəstək
verəcək və imkanların hər kəs üçün bərabər olması prinsipini daim
dəstəkləyəcək.

“Şəhərlər artıq təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də
sosial həyatın əsas hissəsi kimi formalaşır. Xüsusilə imkanları
məhdud şəxslər üçün cəmiyyətdə bərabər imkanların təmin olunması
böyük əhəmiyyət daşıyır. BMT-nin konvensiyalarında da qeyd olunduğu
kimi, bütün vətəndaşlar sosial, iqtisadi və mədəni həyatda fəal
iştirak etməlidirlər. Bakıda bu istiqamətdə çox gözəl imkanlar
mövcuddur və bütün bu imkanlar daha inklüziv hala gətirilməlidir.
Gənclər, yaşlılar, miqrantlar – hər kəs bir araya gələrək mövcud
baryerlərin aradan qaldırılması üçün çalışmalıdır”, – BMT rəsmisi
bildirib.