Naxçıvanda sənaye istehsalı 14%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında
178,271 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9%
çoxdur.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı
sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində çox sənaye
məhsulu istehsal edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə 0,3% çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 7
milyard 92,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eyni
dövrünə nisbətən 7,2% artım deməkdir.