
Bakı. Trend:
Almaniyanın Münxen şəhərində parataekvondo üzrə Avropa
çempionatına start verilib.
Trend xəbər verir ki,
qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kiloqram çəki
dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan
olan Kasjan Mikolajzak üzərində qələbə qazanaraq yarımfinala
yüksəlib.
Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə
səbəbindən döyüşə çıxmadığı üçün paralimpiyaçı finala vəsiqə
qazanıb.
Finalda isə israilli paralimpiya çempionu Asaf Yasur ilə
qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da
karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş
medalını qazanıb.


