
Hindistanın Baş naziri Narendra Modi valyuta ehtiyatlarını qorumaq məqsədilə hindistanlıları ən azı bir il müddətində qızıl almaqdan imtina etməyə çağırıb.
Bu barədə “The Times of India” nəşri məlumat yayıb.
“Bir il ərzində səbəbindən asılı olmayaraq, qızıl-zinət əşyaları almamalıyıq”, – Baş nazir bəyan edib.
Modinin sözlərinə görə, Hindistan qızıl idxalına böyük həcmdə vəsait xərcləyir və buna görə insanlar vacib olmayan alış-verişlərdən çəkinməlidirlər.
O, həmçinin vətəndaşları yanacaq sərfiyyatını azaltmağa və zəruri olmayan xarici səfərlərdən imtina etməyə çağırıb.
Qeyd edək ki, qızıl neftdən sonra ölkənin idxal xərclərində ən böyük paya malikdir və Hindistan dünyada qızıl idxalına görə ikinci yerdədir.


