
Bakı. Trend:
Cənubi Koreya Prezidentinin administrasiyası bu ay Hörmüz
boğazında Koreya gəmi şirkəti tərəfindən idarə olunan yük gəmisinə
edilən hücumu ən sərt şəkildə pisləyib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreya hücumun mənbəyi müəyyən edildikdən sonra cavab
veriləcəyini bildirib.
Hökumət nümayəndəsi jurnalistlərə açıqlamasında deyib ki, Cənubi
Koreya ekspertləri gəminin sol arxa hissəsinə dəyən zərər üzrə
ilkin kriminalistika araşdırması aparıblar.

