Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlərin adları bilindi

Baş səhifə

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Modern.az xəbər verir ki, sədr postuna iki namizəd var – Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-ya bildirilib ki, bildirib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.