Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin
xatirəsini yad edib.

Trend xəbər verir ki,
bununla bağlı paylaşım Fondun “Facebook” səhifəsində
yerləşdirilib.

“Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan xalqının Ümummilli
Lideri, müasir Azərbaycan dövlətinin qurucusu və bütün Türk
dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümünü böyük ehtiramla yad edir.




Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk
dünyasının birliyi, ortaq türk mədəniyyəti və irsinin qorunub
gələcək nəsillərə ötürülməsi yolunda əvəzsiz xidmətlər
göstərmişdir.

Dahi rəhbərin əziz xatirəsini dərin hörmətlə anırıq”, –
paylaşımda bildirilir.