
Bakı. Trend:
Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll
olunduqca, məşğulluq məsələləri də həll edilir.
Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl
rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə
bildirib.
“Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün
müvafiq göstərişlər verildi – həm mövcud olan dövlət sektorunda iş
yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə
məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan
başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye
Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə
tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20
rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək,
o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad
edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq –
biri Ağdamda, biri də Cəbrayılda”,- deyə Prezident İlham Əliyev
qeyd edib.


