
Bakı. Trend:
Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa
edilir – üç stansiya, ümumi gücü 340 meqavat.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl
rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.
“Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar.
Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300
meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən
bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik
istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün,
məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün
bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır –
yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə
edəcəyik, orada elektrikdən də istifadə edəcəyik.”. – Prezident
İlham Əliyev bildirib.


