
Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət
küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd
Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli
küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri
aparılacaq.
Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.
Təmir işləri 8 may saat 22:00-dan 9 may saat 23:00-dək, o
cümlədən 10 may saat 22:00-dan 11 may saat 23:00-dək davam
edəcək.
Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat
vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət
istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə
etmələri xahiş olunur.

