Rusiya Ukrayna ilə atəşkəs elan edib (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Rusiya 9 May – Qələbə Günü ilə əlaqədar 8 may saat 00:00-dan
mayın 10-dək Ukrayna ilə müharibədə atəşkəs elan edib.

Trend xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin
Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, sovet
xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümünün
qeyd olunduğu günlərdə 8 may saat 00:00-dan mayın 10-dək Rusiya
tərəfi atəşkəs elan edir”, – məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna 9
mayda Moskvaya hücum edərək bayram tədbirlərini pozmağa cəhd
edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə qarşı
genişmiqyaslı cavab zərbəsi endirəcək.

xxx




2026.05.04
21:37

Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində Qələbə Günü
münasibətilə atəşkəs elan olunduğunu açıqlayıb.

Trend xəbər verir ki, qərar
Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin
tapşırığı əsasında qəbul edilib.

Nazirlik qeyd edib ki, Moskva atəşkəslə bağlı qərar fonunda
Kiyevin də eyni addımı atacağına ümid edir.