
Bakı.Trend:
Tacikistan Azərbaycanla əməkdaşlığı və su ehtiyatlarının davamlı
idarə olunması üzrə birgə səylərdə onun iştirakını yüksək
qiymətləndirir.
Trend-in məlumatına görə, bunu Tacikistan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM)
və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı
səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı
İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi
çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa
hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn Düşənbə konfransı praktiki
həllərin işlənib hazırlanması, tərəfdaşlıqların möhkəmləndirilməsi
və beynəlxalq səylərin səfərbər edilməsi üçün mühüm platformaya
çevriləcək.
Səfir Tacikistan və Azərbaycanın birgə səylərinin su sahəsində
ümumi məqsədlərə nail olunmasına töhfə verəcəyinə əminlik ifadə
edib.

