“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Baş səhifə

Bakı. Trend

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV turun daha 3 oyunu
keçirilib.

Trend-in məlumatına görə, turun mərkəzi görüşündə “Mançester
Yunayted” öz meydanında “Liverpul”u qəbul edib. Görüş “qırmızı
şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester
təmsilçisinin heyətində qolları Mateus Çunya, Benjamin Şeşko və
Kobbi Meyno vurublar. Qonaqlardan isə Dominik Soboslai və Kodi
Qakpo fərqləniblər.




Digər matçlarda “Tottenham” “Aston Villa” səfərində 2:1 hesablı
vacib qələbə qazanıb, “Bornmut” isə “Kristal Pelas”ı 3 cavabsız
qolla üstələyib.

Bu nəticələrdən sonra turnir cədvəlində “Mançester Yunayted” 64
xalla 3-cü, “Liverpul” 58 xalla 4-cü, eyni xala malik “Aston Villa”
5-ci, “Bornmut” 52 xalla 6-cı, “Kristal Pelas” 43 xalla 15-ci, “Tottenhem” isə 37 xalla 17-cidir.