“Portu” klubu 31-ci dəfə Portuqaliya çempionu olub

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Portuqaliya çempionatında 2025/2026-cı illər
mövsümünün qalibi bəlli olub.

Trend-in
məlumatına görə, “Portu” vaxtından əvvəl çempionluğunu elan
edib.

Portu şəhərinin eyniadlı təmsilçisi bu uğura XXXII turun
“Alverka” ilə oyununda imza atıb. Yan Bednarekin 40-cı dəqiqədə
vurduğu yeganə qolla rəqibini 1:0 hesabı ilə məğlub edən komanda
mövsümün baş çatmasına 2 tur qalmış qızıl medalları təmin edib.




Hazırda 85 xalla turnir cədvəlinə başçılıq edən “Portu” ən yaxın
izləyicisi “Benfika”nı 9 xal qabaqlayır ki, son 2 turda bu fərqin
aradan qalxması mümkün deyil.

Beləliklə, “Portu” tarixində 31-ci dəfə Portuqaliya çempionu
olub.