Ötən ilin 11 ayında 2930 əkiz, 93 üçəm doğulub

Baş səhifə
Ötən ilin 11 ayında 2930 əkiz, 93 üçəm doğulub

Ötən ilin 11 ayında 2930 əkiz, 93 üçəm doğulub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşmüşdür.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olmuşdur.

Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artmışdır.

MƏLUMAT YENİLƏNİR