İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın 120 hədəfini məhv edib

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri bir gündə Livanın cənubunda Hizbullahın
120 hədəfini məhv edib.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




“Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror
hədəflərinə zərbələr endirib və Livanın cənubundakı İsrail Müdafiə
Qüvvələrinin mövqeləri yaxınlığında fəaliyyət göstərən terrorçuları
məhv edib. Zərbələr nəticəsində müxtəlif ərazilərdə “Hizbullah”ın
70 hərbi obyekt və 50 infrastruktur obyekti məhv edilib”, – deyə
qeyd olunub.

Bildirilib ki, məhv edilən hədəflər arasında “Hizbullah”
komandanlıq mərkəzləri” və “silah anbarları” olub.