
Bakı. Trend:
Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz Avropa Siyasi
Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana
gedəcək.
Trend bu barədə
Türkiyə mediasına istinadla xəbər verir.
Cevdet Yılmaz Yerəvanda mayın 4-də “Gələcəyi İnşa Etmək:
Avropada Birlik və Sabitlik” mövzusunda keçiriləcək Avropa Siyasi
Birliyinin 8-ci Zirvə Toplantısında Türkiyəni təmsil edəcək.
Demokratik dəyişikliklərin, iqtisadiyyat və enerji əalqələrinin
gücləndirilməsi məqsədilə daha yaxın əməkdaşlıq və koordinasiyanın
davam etdirilməsinə dair addımların qiymətləndiriləcəyi iclasda son
regional hadisələr və qlobal problemlər müzakirə olunacaq.
Avropa İttifaqına üzv olan 27 ölkə ilə yanaşı, digər Avropa
ölkələri və Kanadanın dövlət və hökumət başçılarının da qatılacağı
zirvənin növbəti iclasının noyabr ayında İrlandiyada keçirilməsi
planlaşdırılır.

