
Bakı.Trend:
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, saxlanılan 24
yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və
tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə
gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

