Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının,
diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə
üzvlərinin şəxsi baqajlarına gömrük baxışı ilə bağlı qaydalar
dəyişir.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar
iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.




Dəyişikliyə əsasən, artıq xarici dövlətlərin diplomatik
nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin,
onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük
baxışından keçiriləcək.