Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri
Assosiasiyasının qəbulunda baş verən atışmanı 31 yaşlı Kaliforniya
sakini Koul Tomas Allen törədib.
Trend-in məlumatına görə, bu barədə “New York Post” qəzetinin
jurnalisti Kerol Markoviç “X” sosial şəbəkəsində yazıb.
“Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd
edən şəxs Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul
Tomas Allendir və hazırda həbsdədir”, – deyə o bildirib.

