
Bakı. Trend:
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud
Pezeşkian Yaxın Şərqdə sülhün bərqərar olması səylərini müzakirə
ediblər.
Trend-in
məlumatına görə, bu barədə Pakistanın Baş nazirinin mətbuat xidməti
xəbər verib.
“50 dəqiqə davam edən səmimi söhbət zamanı iki lider mövcud
regional vəziyyət və bölgədə sülhün və sabitliyin
möhkəmləndirilməsi üçün göstərilən səylər barədə ətraflı fikir
mübadiləsi aparıblar”, – deyə bildirilib.
Qeyd olunub ki, Ş. Şərif 11-12 aprel 2026-cı il tarixlərində
İslamabadda keçirilən danışıqlarda yüksək vəzifəli İran nümayəndə
heyətinin iştirakını yüksək qiymətləndirib.

