
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 14,8 min kubmetr
betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni
dövrü ilə müqayisədə 4,1 min kubmetr və ya 38,3% artıb.
Ümumilikdə, hesabat dövründə tikinti materiallarının istehsalı
sahəsində 2026-сı ilin yanvar-mart aylarında istehsalın ümumi
dəyəri 309,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 12,4% artıb.

