İran və ABŞ arasında Pakistanda heç bir görüşün keçirilməsi planlaşdırılmır.
“Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, XİN rəhbəri Abbas Əraqçinin Pakistan səfəri ilə bağlı məlumat verərək bildirib ki, xarici siyasət idarəsinin rəhbəri İslamabadda bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.
“Xarici işlər naziri Əraqçi Amerikanın başlatdığı təcavüzkar müharibəyə son qoymaq və bölgəmizdə sülhün bərpası üçün …. Pakistanın yüksək səviyyəli rəsmiləri ilə görüşəcək”, – Bəqai vurğulayıb.
“İran və ABŞ arasında heç bir görüşün keçirilməsi planlaşdırılmır. İranın mülahizələri Pakistana çatdırılacaq”, – XİN sözçüsü bildirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

