Tramp İsrail və Livan liderlərinin qarşıdakı həftələrdə Ağ Evdə görüşəcəyini gözləyir

Baş səhifə

Bakı. Trend:

Atəşkəsin uzadılması ilə bağlı İsrail və Livan liderləri
arasında görüş yaxın bir neçə həftə ərzində Ağ Evdə
keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə D. Tramp Ağ Evdə
jurnalistlərə deyib.




“Düşünürəm ki, Livan Prezidenti və İsrail Baş naziri yaxın bir
neçə həftə ərzində buraya gələcəklər”, – deyə o bildirib.

O, atəşkəsin əlavə üç həftə davam etməli olduğunu xatırladıb və
Livan və İsrail liderlərinin “çox güman ki, həmin vaxt buraya
gələcəklərini” bildirib. Onun fikrincə, bu, “tarixi hadisə”
olacaq.